Məleykə Abbaszadə Xızıda vətəndaşları qəbul edib - FOTO

Məleykə Abbaszadə Xızıda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 28 avqust 2015 09:23 (UTC +04:00)

Xızı. Vəli Turan – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün Xızı şəhərində vətəndaşları qəbul edib. APA-nın şimal bürosunun verdiyi xəbərə görə, qəbulda Xızı rayonunun sakinləri ilə yanaşı, Sumqayıt şəhəri, Abşeron, Qobustan, Qubadlı, Zəngilan və Şuşa rayon və şəhərlərinin sakinlərinə iştirak üçün şərait yaradılıb.

Xızı şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların təklif və şikayətləri dinlənilib. Görüşə gələnlər əsasən ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər. TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlər müvafiq qaydada yerindəcə öz həllini tapıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.

Görüşdən sonra TQDK sədri Xızı rayonunun Təhsil Şöbəsinin müdiri Oktay Abdullayevlə görüşüb. Görüşdə cari ildə Xızı rayonunun orta ümumtəhsil müəssisələrinin sonuncu sinif şagirdlərinin buraxılış və qəbul imtahanlarındakı nəticələri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR