FHN Tovuzda ölümlə nəticələnən yol qəzası barədə məlumat açıqlayıb

FHN Tovuzda ölümlə nəticələnən yol qəzası barədə məlumat açıqlayıb
# 10 iyul 2015 08:14 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, qəsəbə ərazisində “Mercedes” markalı minik avtomobili, “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Nəticədə “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:35-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR