Akademik Milli Dram Teatrı Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edəcək
# 01 oktyabr 2014 09:34 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Akademik Milli Dram Teatrı Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollektiv festivalda iştirak etmək üçün bu gün yola düşəcək.

Teatrın kollektivi festivalda “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edəcək.

Festivalda “Yeni teatr marketi” proqramı çərçivəsində təqdim olunan tamaşa oktyabrın 3-də Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində nümayiş etdiriləcək.

Rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada əməkdar artistlər Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR