Dövlət Sərhəd Xidmətində Türkiyə Sahil Təhlükəsizlik komandanı ilə görüş olub - FOTO

Dövlət Sərhəd Xidmətində Türkiyə Sahil Təhlükəsizlik komandanı ilə görüş olub - <span style="color: red;">FOTO
# 16 oktyabr 2014 13:42 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Sərhəd Xidmətinin dəvəti ilə Türkiyə Sahil Təhlükəsizlik komandanı, vitse-admiral Hakan Üstemin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.

Oktyabrın 15-də DSX aparatında Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində əldə olunmuş nailiyyətlər, DSX Sahil Mühafizəsi ilə Türkiyə Sahil Təhlükəsizliyi arasında ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Sərhəd təhlükəsizliyi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub.

Oktyabr ayının 17-dək davam edəcək səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin DSX Sahil Mühafizəsinin sahil bazası, sərhəd gözətçi gəmiləri, digər qüvvə və vasitələri ilə tanış olması nəzərdə tutulur.

Səfər müddətində nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerləri ilə tanış edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR