Bakıda 42 yaşlı kişi yol qəzasında ölüb

Bakıda 42 yaşlı kişi yol qəzasında ölüb
# 12 iyul 2014 10:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyulun 12-də Xətai rayonu Məhəmməd Hadi küçəsində Naxçıvan şəhər sakini, 1985-ci il təvəllüdlü Xəqani Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü İmran Şıxmirovu vurub.

İ.Şıxmirov aldığı xəsarətlər nəticəsində 3 saylı xəstəxanada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR