Mərakeş Milli Kitabxanasının direktoru AMEA Əlyazmalar İnstitutunda olub

Mərakeş Milli Kitabxanasının direktoru AMEA Əlyazmalar İnstitutunda olub
# 09 aprel 2015 11:15 (UTC +04:00)

Bakı – APA. Mərakeş Milli Kitabxanasının direktoru Dris Kruz və Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami AMEA Əlyazmalar İnstitutunda olublar.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli qonaqlara institut haqqında ətraflı məlumat verib.

O bildirib ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası arasında aprelin 7-də imzalanmış üçtərəfli əməkdaşlıq memorandumu Mərakeş və Azərbaycan xalqlarının mənəvi irsinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edəcək.

Görüşdə iştirak edən Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Paşa Kərimov isə institutda saxlanılan əlyazma, çap kitabları və sənədlər barədə məlumat verib. O bildirib ki, burada mühafizə edilən ərəbdilli əlyazma və çap kitabları qədimliyi, unikallığı ilə diqqəti cəlb edir. Öz növbəsində institutun elmi işlər üzrə direktor müavini Aybəniz Kəngərli burada əlyazmaların elektron variantlarının çəkilməsi, kataloqlaşdırılması sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR