Ermənistan XİN-in binası hərraca çıxarılır

Ermənistan XİN-in binası hərraca çıxarılır
# 26 dekabr 2012 08:49 (UTC +04:00)

Bakı – APA. Ermənistan Dövlət Əmlak İdarəsi hökumətin bu yaxınlarda keçiriləcək iclasında ölkənin Xarici İşlər Nazirliyinin binasının hərraca çıxarılması layihəsini təqdim edəcək.

APA-nın Ermənistan KİV-nə istinadən xəbərinə görə, hələlik vaxtı bəlli olmayan hərracda binanın ilkin qiyməti 52 mln. ABŞ dolları olacaq.

Qeyd edək ki, bu bina oktyabrın 4-də hökumətin qərarı ilə E.Ernekyana məxsus “Tanqo” şirkətinə satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR