İsveçrə mayın 3-də Dağlıq Qarabağda keçiriləcək seçkiləri tanımaması ilə bağlı sənədi Azərbaycana təqdim edib

İsveçrə mayın 3-də Dağlıq Qarabağda keçiriləcək seçkiləri tanımaması ilə bağlı sənədi Azərbaycana təqdim edib
# 19 mart 2015 15:00 (UTC +04:00)

Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə B. Muradova bildirib ki, Azərbaycanla İsveçrənin münasibətləri dostluq, tərəfdaşlıq və qarşılıqlı yardıma əsaslanır.

Sədr müavini hər iki ölkənin dünyanı narahat edən məsələlərin həlli istiqamətində beynəlxalq qurumlardakı birgə fəaliyyətini, İsveçrənin ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə töhfə vermək istəyini qeyd edib. O bildirib ki, İsveçrə beynəlxalq hüquq prinsiplərinə müvafiq olaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır.

Corc Martin də ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli güclü əlaqələrin qurulduğunu deyərək, müxtəlif istiqamətlərdə əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanların olduğunu söyləyib.

Qonaq ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində maraqlı olduğunu vurğulayaraq bildirib ki, bu gün dünyada olan bütün münaqişələrin həllinə diqqət yetirilməlidir, heç bir münaqişə “dondurulmuş” adlandırılmamalıdır.

Görüşdə Corc Martin İsveçrənin Federal Xarici İşlər Departamentinin bu ölkənin Dağlıq Qarabağda keçiriləcək qondarma parlament seçkilərini tanımadığı barədə sənədi Bahar Muradovaya təqdim edib. Sənəddə deyilir ki, Beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq və Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə tam hörmət edərək İsveçrənin Federal Xarici İşlər Departamenti 2015-ci il mayın 3-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçiriləcək dırnaqarası seçkiləri etibarsız hesab edir. İsveçrənin Federal Xarici İşlər Departamenti bir daha vurğulayır ki, departament həll edilməmiş Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən xəbərdardır və müəyyən olunmuş formatlar çərçivəsində bu münaqişənin aradan qaldırılması üçün ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməkdə davam edir.

Sonra qonaq Bakıda olduğu müddətdə ölkəmizlə, Bakının tarixi, görməli yerləri, eləcə də dünya üçün model nümunə sayıla bilən ASAN xidmətin fəaliyyəti ilə yaxından tanış olduğunu və yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR