Azərbaycan prezidenti israilli həmkarını təbrik edib

Azərbaycan prezidenti israilli həmkarını təbrik edib
# 22 aprel 2015 15:33 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:


”Hörmətli cənab prezident, İsrail Dövlətinin milli bayramı – Müstəqillik günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-İsrail əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR