Azərbaycanda qızılın çıxarılmasını xeyli sürətləndirən yeni texnoloji üsul kəşf olunub

Azərbaycanda qızılın çıxarılmasını xeyli sürətləndirən yeni texnoloji üsul kəşf olunub
# 27 dekabr 2012 13:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə institutun bu gün keçirilən illik hesabat iclasında bildirib. Onun sözlərinə görə, hazırda bu üsul texnoloji sirr şəklində qorunmaqdadır.

A. Əlizadə deyib ki, rəhbərlik etdiyi qurum tərəfindən “Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma texnologiyasının tədqiqi, işlənilməsi və tətbiqi” Dövlət Proqramının bütün bəndləri üzrə aparılan elmi-tədqiqat işləri başa çatdırılıb: “Azərbaycanda ilk dəfə olaraq geotexnologiya elminin əsas prinsipləri qızıl saxlayan 3 yataq üzərində sınaqdan keçirilib. Seçilən yataqlar üzrə termodinamika əsasında yeraltı aşındırma modelləri qurulub. Yataqda qazılan quyularda böyük həcmli filiz kütləsi üzərində yeraltı aşındırma prosesinin aparılması yolları araşdırılıb. Elmi-tədqiqat işlərini davam etdirmək məqsədilə filiz yataqlarından birində Poliqon və Yarımsənaye Pilot Kompleksinin yaradılması üçün Nazirlər Kabinetinə xüsusi layihə hazırlanıb təqdim edilib. Layihə Ekologiya və Təbii Sərvətlər, İqtisadi İnkişaf, Maliyyə və Sənaye və Energetika Nazirlikləri tərəfindən dəstəklənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR