ABŞ şirkəti Azərbaycandan yeni peyk layihəsi üzrə tələbləri gözləyir

ABŞ şirkəti Azərbaycandan yeni peyk layihəsi üzrə tələbləri gözləyir
# 25 fevral 2015 13:01 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu İDEX-2015 sərgisində jurnalistlərə “Orbital-ATK” şirkətinin vitse-prezidenti Məhəmməd Xan deyib.

Təmsil etdiyi şirkətin “Azerispace-1” peyki layihəsi çərçivəsində “Azerkosmos” ASC ilə məhsuldar təcrübə əldə etdiyini deyən M. Xan işlərə Azərbaycandan gələn tələblər çərçivəsində başlanılacağını bildirib.

M. Xan “Orbital-ATK”nın Azərbaycanla kəşfiyyat peyki üzərində işləməkdə maraqlı olduğunu və tenderin elan edilməsi günü gözlədiklərini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR