ADA Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumu keçirilir

ADA Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumu keçirilir
# 19 noyabr 2015 07:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün ADA Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumu başlayıb.

APA-nın Foruma Azərbaycanda və Rusiyada fəaliyyət göstərən universitetlərin rektorları və digər rəsmi şəxslər qatılıblar.

Forumu giriş sözü ilə açan ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, rektoru olduğu universitet regionda ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. H. Paşayev rusiyalı qonaqlara ADA Universiteti haqda ətraflı məlumat verib.

Rektor qeyd edib ki, hazırda ADA Universiteti üçün iki yeni binanın tikintisi davam edir. H. Paşayev qeyd edib ki, forum çərçivəsində Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının yaradılması barədə memorandum imzalanacaq.

Daha sonra Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və Ufa Dövlət Neft-Texniki Universitetinin rektoru Ramil Baxtizin Azərbaycan-Rusiya universitetlərarası münasibətlər haqda çıxış ediblər. Rektorlar çıxışlarında iki ölkə universitetləri arasında yaxşı əlaqələrin olduğunu bildiriblər.

Qeyd edək ki, sabah Rusiya və Azərbaycan ali məktəblərinin Assosiasiyasının yaradılması barədə memorandumu Azərbaycan tərəfindən Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov və Rusiya tərəfindən Ufa Dövlət Neft-Texniki Universitetinin rektoru Ramil Baxtizin imzalayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR