DİN: Zaqatalada keçmiş polis əməkdaşi elə polis tərəfindən tutulub - YENİLƏNİB

DİN: Zaqatalada keçmiş polis əməkdaşi elə polis tərəfindən tutulub - <span style="color: red;">YENİLƏNİB
# 06 oktyabr 2015 13:06 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxil olmuş məlumat əsasında Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanov saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

***

saat 14.30

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda polis əməkdaşı məsuliyyətə cəlb olunub.

APA-nın məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Nəsib Nəsibov vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinir.

Məlumata görə, N. Nəsibov daxili işlər orqanlarından xaric edilməklə həmin fakt üzrə başlanmış cinayət işi ilə əlaqədar istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, rayon Polis Şöbəsinin daha bir əməkdaşı, polis serjantı Elman Məmmədov da vəzifə səlahiyyətlərini aşdığı üçün ciddi töhmət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR