Sabah Azərbaycanda hava küləkli və yağışlı olacaq - VİDEO

Sabah Azərbaycanda hava küləkli və yağışlı olacaq - <span style="color: red;">VİDEO
# 11 aprel 2015 09:51 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağışda fasilə olacaq, ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR