Bank Of Baku

SKMF: Hər il Azərbaycana 6-7 mln. dollar dəyərində faraş məhsullar idxal olunur

SKMF: Hər il Azərbaycana 6-7 mln. dollar dəyərində faraş məhsullar idxal olunur
# 18 aprel 2018 11:14 (UTC +04:00)

"Hər il Azərbaycana 6-7 mln. dollar dəyərində faraş məhsullar idxal olunur".

 

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun cari ilin birinci rübündə fəaliyyəti barədə məlumat verərkən bildirib.

 

Ş.Abdullayevin sözlərinə görə, bun məhsullar alça, şaftalı, nektarin, gilas, albalı kimi məhsullardır.

 

"Bu məhsullar Azərbaycana faraş yetişdirilən dövlətlərdən idxal olunur. Əvvəl belə təsəvvür var idi ki, bu məhsullar soyuducularda saxlanılır. Amma araşdırmalar nəticəsində məlum oldu ki, Türkiyədə, İranda istixana şəraitində, müdaxilə olmadan, bitkini iki ay vaxtından əvvəl oyatmaqla faraş məhsul istehsal edilir. Biz də faraş məhsul istehsal edə bilərik. Belə uğurlu layihə Zirə qəsəbəsində həyata keçirilib. Burada ildə 1000 ton keyfiyyətli və faraş albalı, gilas, şaftalı, üzüm kimi məhsulların istehsalı mümkün olacaq ki, bu da bizim istehlakçılara daha aşağı qiymətə, keyfiyyətli faraş məhsullarla təmin etməyə imlan yaradacaq. Əminik ki, növbəti ildə həmin məhsulları bazarda görə biləcəyik", - deyə Ş.Abdullayev vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR