Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisə noyabrın 1-də keçirilən seçkilərdə seçki məntəqələrinə 200 minə qədər baxış olub.
APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
M. Pənahov deyib ki, seçki məntəqələrinə virtual baxışların 60 faizi veb-kameralar, 40 faizi mobil telefonlar vasitəsi ilə olub.
MSK sədri sabaha qədər dairələrdən MSK-ya protokolların qəbulu prosesinin başa çatacağını açıqlayıb.