Axır çərşənbədə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb - VİDEO

Axır çərşənbədə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb - <span style="color: red;">VİDEO
# 16 mart 2015 09:24 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, mülayim şimal küləyi əsəcək, havanın temperaturu gecə 3-5, gündüz 7-10 dərəcə isti olacaq.

Martın 17-də Azərbaycanın rayonlarında isə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 17-19-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR