Bakıda piyadanı vuraraq qaçan xanım sürücü tutulub

Bakıda piyadanı vuraraq qaçan xanım sürücü tutulub
# 18 mart 2015 10:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yol qəzası törədən xanım sürücü saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Şəms Qurbanovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Səbinə Baxenova tərəfindən törədilməsi müəyyən edilib. Sürücü saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR