Azərbaycan ÜDM istehsalını 4%-dən çox artırıb

Azərbaycan ÜDM istehsalını 4%-dən çox artırıb
# 13 mart 2015 12:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci ilin yanvar-fevral aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2% artaraq 7,1 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ÜDM-in 66,6%-i iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunmuş və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1% artımdır.

Bu dövrdə ÜDM-in 36,3%-i sənayedə, 12%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 10,4%-i tikintidə, 6,7%-i nəqliyyat və anbar təsərrüfatında, 3,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 3,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,4%-i informasiya və rabitə xidmətlərində, 14,9%-i isə sosial və digər xidmətlər sahəsində istehsal olunub.

Məhsula və idxala xalis vergilər ÜDM-in 10,4%-ini təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR