“ASAN xidmət” mərkəzi şüar müsabiqəsini elan edib

“ASAN xidmət” mərkəzi şüar müsabiqəsini elan edib
# 09 fevral 2013 18:32 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzi şüar müsabiqəsini elan edib.

APA-nın məlumatına görə, Agentliyin məlumatında bildirilir ki, dövlət orqanlarında hüquqi xidmətlərin göstərilməsində şəffaflığın təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin – “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılması istiqamətində fəaliyyət göstərən “ASAN xidmət” Azərbaycanda ilk dəfə olaraq şüar seçimini ölkə vətəndaşlarına həvalə edir.

Fevralın 15-dək davam edəcək müsabiqədə vətəndaşlar öz təkliflərini “ASAN xidmət” mərkəzinin “Facebook” səhifəsinə məktub, yaxud şərh (http://www.facebook.com/www.asan.gov.az), həmçinin [email protected] rəsmi ünvanına yazmaqla bildirə bilər.

Qeyd edək ki, şüar Azərbaycan dilində, üç sözdən artıq olmamalıdır. Ən maraqlı, kreativ və “ASAN xidmət”in fəaliyyətinə uyğun şüarla çıxış edən müsabiqə qalibi mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR