“Bakı Sığorta” şirkətinin səhmdarları nizamnamə kapitalının artırılmasını müzakirə edəcəklər

“Bakı Sığorta” şirkətinin səhmdarları nizamnamə kapitalının artırılmasını müzakirə edəcəklər
# 20 noyabr 2014 07:48 (UTC +04:00)

Bakı - APA-Economics. Dekabrın 22-də “Bakı Sığorta” şirkətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, səhmdarlar nizamnamə kapitalının artırılması məsələsini müzakirə edəcəklər.

Bundan başqa, səhmdarlar 2011-2012-ci illərin yekunları üzrə əldə edilmiş xalis mənfəətin bölüşdürülməsi məsələsini həll edəcəklər.

Qeyd edək ki, “Bakı Sığorta” şirkəti 2007-ci il oktyabırın 1-də fəaliyyətə başlayıb. Şirkətin səhmdarları 4 hüquqi və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalı 8 mln. 373,680 min manata bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR