Bakının Sabunçu rayonunda nasaz maşın qəza törədib - FOTOSESSİYA - VİDEO

Bakının Sabunçu rayonunda nasaz maşın qəza törədib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 iyul 2014 21:54 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Sabunçu rayonunda nasaz maşın qəza törədib. APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib. Əyləci nasaz olan “Mercedes” öncə yol kənarındakı dəmir maneələrə çırpılıb, daha sonra prospektlə hərəkət edən “KİA”nı vurub. Qəza zamanı “Mercedes”ə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Prospektdə sıxlıq yarandığından avtomobillər evakuator vasitəsi ilə hadisə yerində uzaqlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR