Gürcüstanın keçmiş baş nazirinin müavini azadlığa buraxılıb
10 noyabr 2012 19:41 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün 17 saylı Rustavi həbsxanasından 59 nəfər məhbus azad edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın cəzaların icrası, azad etmə və hüquqi yardım naziri Sozar Subari məlumat verib. Onun sözlərinə görə, azad olunan məhbusların içində qadınlar və yeniyetmələr də var. Məlumata görə, bu gün Gürcüstanın keçmiş baş nazirinin müavini Amiran Kadaqişvili də azadlığa buraxılıb. Qeyd edək ki, A. Kadaqişvili siyasi məhbus hesab olunurdu.
Avropa
Fransanın iqtisadiyyat naziri avtomobili ilə velosipedçini vurub
13:01
4 may 2024
Aİ Ukraynadakı müharibənin tez başa çatmasının yollarını açıqlayıb
03:25
4 may 2024
Berlində texnologiya şirkəti yanıb, zəhərli qazların yayılması ehtimalı ilə bağlı xəbərdarlıq edilib
18:57
3 may 2024
Aİ, Fransa və Çin liderlərinin üçtərəfli görüşü olacaq
14:39
3 may 2024