Heydər Əliyev Sarayında anım mərasimi keçirilib - FOTO

Heydər Əliyev Sarayında anım mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 26 fevral 2013 08:31 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. O deyib ki, son onilliklərdə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyindən əl çəkməyib, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduğunu nümayiş etdirib.

Xocalı faciəsinin canlı şahidi olan Fatma İsmayılova çıxışında o məşum gecədən bəhs edib. F. İsmayılova qeyd edib ki, həmin gecə erməni silahlı birləşmələri Xocalı şəhərini yerlə-yeksan ediblər, əliyalın dinc mülki əhali kütləvi qırğına məruz qalıb. O, bir çox qohumlarının ağır işgəncələrə məruz qalaraq öldürüldüyünü, girov götürülən qardaşının taleyinin bu gün də naməlum qaldığını bildirib.

Tədbirin sonunda “Xocalı qətliamı” adlı sənədli film nümayiş etdirilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR