Goranboyda avtomobil piyadanı vuraraq öldürüb - VİDEO

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb - <span style="color: red;">VİDEO
# 27 oktyabr 2014 10:37 (UTC +04:00)

Goranboy. Azər Məmmədli - APA. Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağcakənd-

Goranboy yolunun 40-cı kilometrliyində qeydə alınıb. Anar Cəfərov idarə etdiyi “Nissan Sunnuy” markalı maşınla hərəkədə olarkən yolu keçmək istəyən piyada 72 yaşlı Kəlbəcər rayon sakini İsax Nəzərovu vurub. Piyada dərhal sürücü tərəfində Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq İsax Nəzərov xəstəxanada dünyasını dəyişib. İlkin ehtimala görə, qəzaya səbəb piyadanın anidən yola çıxması olub. Faktla bağlı Goranboy rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR