«Brand Credit» qeyri-bank təşkilatı istiqraz emissiyasının yerləşdirilməsinə başlayır

«Brand Credit» qeyri-bank təşkilatı istiqraz emissiyasının yerləşdirilməsinə başlayır
# 11 fevral 2013 09:22 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gündən etibarən Bakı Fond Birjasında (BFB) «Brand Credit» bank olmayan kredit təşkilatının emissiya etdiyi təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılıb.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat, sayı 1 000 ədəd, emissiyanın ümumi həcmi isə 1 mln. manat təşkil edir. İstiqrazların tədavül müddəti 1 080 gün, istiqrazlar üzrə gəlirlik illik 14%, faiz ödəniş dövrünün müddəti isə 30 gün təşkil edir.

Qiymətli kağızların yerləşdirilməsində anderrayter rolunda «Unicapital» MMC çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR