Yanvarda Azərbaycanda 1,2%-lik inflyasiya qeydə alınıb

Yanvarda Azərbaycanda 1,2%-lik inflyasiya qeydə alınıb
# 05 fevral 2013 07:05 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, düyü, qarabaşaq yarması, toyuq əti, hind toyuğu, kərə yağı, şəkər və şəkər tozu, portağal, banan, çuğundur, kök, göbələyin qiymətlərində ucuzlaşma, çörək, makaron məmulatları, təzə balıq, zeytun yağı, xama, naringi, alma, armud, heyva, nar, xurma, göyərti, şabalıd, xiyar və pomidor, bibər, badımcan, sarımsaq, kartof, kələmin qiymətlərində bahalaşma müşahidə olunub.

«Qeyri-ərzaq mallarından elektrik lampalarının, mikserin, videokameranın, minik avtomobilinin, velosipedin, oyuncaqların qiymətləri ucuzlaşmış, parçaların, geyim və ayaqqabıların, inşaat materiallarından sulu boyanın, parket və laminat parketin, mebellərdən mətbəx üçün mebel dəstinin, mətbəx üçün stolun, təzyiq ölçmək üçün aparatın, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb», - deyə Komitədən bildirilib.

Yanvar ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı və notarial xidmətləri tariflərində bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR