Almaniyada sərnişin və yük qatarı toqquşub, azı 35 nəfər xəsarət alıb

Almaniyada sərnişin və yük qatarı toqquşub, azı 35 nəfər xəsarət alıb
# 02 avqust 2014 05:39 (UTC +04:00)

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, qəza Manqeym dəmiryolu vağzalında baş verib.

Avstriyanın Qratsa şəhərindən Almaniyanın Saarbrükken şəhərinə gedən “Eurocity” sürətli sərnişin qatarı Macarıstana gedən yük qatarı ilə toqquşub. Qəza nəticəsində sərnişin qatarının içərisində 110 sərnişinin olduğu 2 vaqonu relsdən çıxaraq aşıb.

Qəza nəticəsində 35 nəfər xəsarət alıb, onlardan 14-ü xəstəxanaya yerləşdirilib. Dörd sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR