Mədəniyyət və Turizm Nazirliyində 20 xarici ölkəni təmsil edən QHT rəhbərləri ilə görüş keçirilib

Mədəniyyət və Turizm Nazirliyində 20 xarici ölkəni təmsil edən QHT rəhbərləri ilə görüş keçirilib
# 06 may 2015 16:00 (UTC +04:00)

Bakı. Cavid Zeynallı-APA. Mədəniyyət və Turizm Nazirliyində 20 xarici ölkəni təmsil edən 30-a yaxın Qeyri Hökumət Təşkilatı (QHT) rəhbərləri ilə görüş keçirilib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) sədri Asif Əsgərli görüşün məqsədi ilə bağlı məlumat verərək bildirib ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ADTGT “Şuşaya Azadlıq” beynəlxalq kampaniya həyata keçirir.

QHT-lərin rəhbərləri ilə görüşün təşkil olunmasında əsas məqsəd Azərbaycanın işğal altında olan torpaqlarındakı tarix-mədəniyyət abidələri haqqında onların daha çox məlumat almasını təmin etməkdir.

Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Rafiq Bayramov nazirliyin mədəniyyətlə bağlı layihələrə lazımi dəstəyi verdiyini diqqətə çatdırıb.

Görüşdə turizm potensialı, mədəniyyəti, mətbəxi, ölkədə mövcud olan turizm istirahət mərkəzləri, o cümlədən Şahdağ və Tufandağ haqqında videomaterial nümayiş etdirilib, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov qonaqlara Azərbaycanın turizm imkanlarından danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR