Sudan təbii ehtiyatların işlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir - FOTO

Sudan təbii ehtiyatların işlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir - <span style="color: red;">FOTO
# 18 mart 2015 12:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Sudan xarici işlər naziri Əli Əhməd Kartinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Şahin Mustafayev iki ölkə arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlərin əməkdaşlığın genişlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş. Mustafayev ölkənin böyük iqtisadi potensiala malik olduğunu, Cənubi Qafqaz iqtisadiyyatının 75%-nin ölkəmizin payına düşdüyünü, Azərbaycanın bir çox iri infrastruktur və enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olduğunu vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini diqqətə çatdıran nazir Şahin Mustafayev Sudan Parlamentinin Xocalı soyqırımını tanımasına görə bir daha təşəkkür edib.

Sudan xarici işlər naziri Əli Əhməd Karti ölkəsinin böyük təbii ehtiyatlara malik olduğunu diqqətə çatdırıb, bu resursların işlənməsi sahəsində Azərbaycanla əməkdaşlıq, eləcə də Sudana investisiya qoyuluşuna dair fikirlərini bölüşüb.

Qeyd edilib ki, Sudan neft hasilatı və ixracı sahəsində Azərbaycanın zəngin təcrübəsinin öyrənilməsində, sudanlı gənclərin bu sahədə ölkəmizdə təhsil almasında maraqlıdır. Bundan başqa, kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Görüşdə Azərbaycan və Sudan arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, bu məqsədlə işçi qrupun yaradılması məsələləri barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR