Barak Оbама “Sendi” qasırğasının nəticələrinin aradan qaldırmaq üçün Konqresdən 60 milyard dollar istəyib

Barak Оbама “Sendi” qasırğasının nəticələrinin aradan qaldırmaq üçün Konqresdən 60 milyard dollar istəyib
# 08 dekabr 2012 07:53 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Konqresə müraciət edərək “Sendi” qasırğasının nəticələrini aradan qaldırmaq üçün 60,4 milyard dollar ayrılmasını istəyib. APA-nın məlumatına görə, müraciətdə qasırğanın vurduğu zərərə dair rəqəmlər yer alıb və bildirilib ki, zərərin əksəriyyəti sığorta şirkətləri tərəfindən ödənilsə də, ştatlarda təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün ən azı 60 milyard dollara ehtiyac var.

Xatırladaq ki, “Sendi” qasırğası 113 nəfərin ölümünə, çoxlu sayda dağıntılara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR