Paytaxtda qətl hadisəsi baş verib

Paytaxtda qətl hadisəsi baş verib
# 14 noyabr 2014 07:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda qətl hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Nardaran qəsəbəsində qeydə alınıb.

30-35 yaşlı naməlum kişi qarın nahiyəsindən aldığı xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR