Vəkil: “Zamirə Hacıyeva barəsində məhkəmə qərarı formal xarakter daşıyır”

Vəkil: “Zamirə Hacıyeva barəsində məhkəmə qərarı formal xarakter daşıyır”
# 12 iyun 2016 12:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Zamirə Hacıyeva barəsində çıxarılmış məhkəmə qərarı formal xarakter daşıyır”.

Bunu APA-ya açıqlamasında Z. Hacıyevanın həyat yoldaşı Cahangir Hacıyevin vəkili Aqil Layıcov deyib.

O bildirib ki, qərarın əsaslandırıcı hissəsində qeyd edilib ki, guya Z. Hacıyeva istintaqdan qaçıb gizlənib: "Zamirə Hacıyeva on ildən artıqdır, xarici ölkədə yaşayır və oranın vətəndaşıdır. O, xarici ölkə vətəndaşı olduğu üçün ekstradisiyası da mümkün deyil. Buna görə də həmin qərar formal xarakterlidir. Qərarda onun vəkili kimi adı qeyd olunan şəxs də heç vaxt Zamirə Hacıyevanın vəkili olmayıb, onunla heç bir əlaqəsi yoxdur".

Qeyd edək ki, mətbuatda Z. Hacıyevanın Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə təqsirləndirilməsi, Nərimanov Rayon Məhkəməsi tərəfindən iyunun 1-də barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR