Bakı. Fərid Mirzəyev – APA. Oktyrabrın 5-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) fənlər üzrə elmi-metodiki seminarlar öz işinə başlayır.
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, emi-metodiki seminarların iş qrafiki Komissiyanın rəsmi saytında 14 sentyabr 2015-ci il tarixdən yerləşdirilib.
Seminarların birinci iclaslarında “Seminarın iş planı” və 2016-cı ildə ali təhsil müəssisələrinə və Hərbi liseylərə qəbul imtahanları üçün proqramların müzakirəsinə başlanılacaq.