Moskvada həmyerliləri olan iş adamını oğurlamaqda təqsirli bilinən üç Azərbaycan vətəndaşı saxlanılıb - VİDEO

Moskvada həmyerliləri olan iş adamını oğurlamaqda təqsirli bilinən üç Azərbaycan vətəndaşı saxlanılıb - <span style="color: red;">VİDEO
# 30 iyun 2015 12:27 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında həmyerliləri olan iş adamını oğurlamaqda təqsirli bilinən üç Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxt polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin may ayında 26 yaşlı iş adamını oğurlayaraq azadlığa buraxılması müqabilində ailəsindən 10 milyon ABŞ dolları tələb etməkdə şübhəli bilinən cinayətkar dəstənin Azərbaycan vətəndaşları olan 3 üzvü yaxalanıb.

“Şübhəli şəxslər Moskva vilayətinin Solneçnoqorsk rayonunun kəndlərindən birində saxlanılıb. Onlar 29, 46 və 48 yaşlı Azərbaycan vətəndaşlarıdır. Oğurlanan şəxs isə azad olunub”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

DİN-in yaydığı məlumatda saxlanılan şəxslərin evindən "Makarov" tipli tapança və patronlar aşkar olunduğu bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları dəstənin digər cinayətlərdə əlinin olub-olmamasını araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR