Azərbaycanın ən iri ödəniş sistemi daha iki ölkənin bazarına çıxa bilər

Azərbaycanın ən iri ödəniş sistemi daha iki ölkənin bazarına çıxa bilər
# 24 iyun 2015 10:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan bazarında bu sahə üzrə daha yeddi Hesab.az kimi ödəniş portalı yaranıb və bu proses davam etməkdədir.

"APA-Economics"in məlumata görə, bunu "Vergilər" qəzetinə müsahibəsində "GoldenPay" şirkətinin və Hesab.az onlayn xidmətlər portalının təsisçisi və rəhbəri Fərid İsmayılzadə bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq, əldə etdikləri üstünlüklər, mükəmməllik nəticəsində liderliklərini qoruyub saxlaya bilirlər: "Təbii ki, rəqabət zamanı bəzi ödəniş portalları tab gətirməyib sıradan çıxacaqlar və ya yeniləri yaranacaq. Biz isə artıq Azərbaycan bazarında kənara çıxmaq üçün kifayət qədər təcrübə qazana bilmişik".

O bildirib ki, portal bu yaxınlarda Gürcüstan və Bosniya və Herseqovina bazarları ilə tanış olmaq imkanı əldə edib: "Bu iki bazara daxil olmaq bu il üçün nəzərdə tutulub. Hazırda araşdırma apardığımız daha 10-15 ölkə var. Onlarda əhali plastik kartlardan istifadə edir, amma ödənişləri müvafiq köşklərdə və ya poçtda aparırlar. Bu, bizim üçün maraqlıdır. Çalışırıq ki, insanları nağd ödənişlərdən çəkindirək və onlar oturduqları yerdə telefon, internet vasitəsilə ödənişlərini edə bilsinlər".

F. İsmayılzadə deyib ki, başqa ölkələrdə də "GoldenPay" yarada bilsə, bunun biznes tərəfi ilə yanaşı, qürurverici cəhətləri də olacaq: "Dünyada Azərbaycan təcrübəsi yayılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR