Azərbaycan və Fransa prezidentləri arasında görüş keçirilib - YENİLƏNİB - VİDEO

Azərbaycan və Fransa prezidentləri arasında görüş keçirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 25 aprel 2015 08:33 (UTC +04:00)

Bakı – APA. Aprelin 25-də Azərbaycan prezidenti İlham Əliyev və Bakıda işgüzar səfərdə olan Fransa prezidenti Fransua Olland arasında görüş keçirilib.

APA-nın xəbərinə görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin dinamik inkişaf etdiyi bildirilib. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin daha da inkişafına təkan verdiyi vurğulanıb. Tərəflərin əlaqələrin daha da genişlənməsində maraqlı olduğu və bunun üçün böyük imkanların mövcudluğu qeyd edilib.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti Fransua Ollandın münaqişənin həlli istiqamətində göstərdiyi fəallıqdan məmnunluğunu ifadə edib.

Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

*** *** ***

08.47

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün səhər Azərbaycan prezidenti İlham Əliyev və Bakıda işgüzar səfərdə olan Fransa prezidenti Fransua Olland arasında təkbətək görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdən sonra Azərbaycan və Fransanın Təhsil nazirlikləri arasında Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalanıb.

Qeyd edək ki, F. Olland Bakıya aprelin 24-də axşam gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR