Suriyada iki ildir girov saxlanılan amerikalı jurnalisti sərbəst buraxılıb

Suriyada iki ildir girov saxlanılan amerikalı jurnalisti sərbəst buraxılıb
# 25 avqust 2014 10:47 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Suriyada iki ildir girov saxlanılan ABŞ-lı jurnalisti sərbəst buraxılıb.

APA-nın BMT-nin İnformasiya Mərkəzinə istinadən xəbərinə görə, BMT iki il əvvəl Suriyada əsir götürülən amerikalı müstəqil jurnalist Piter Teo Kurtisin azad edilməsini təsdiqləyib.

BMT sülhməramlıları jurnalisti Colan yüksəkliklərinə aid ərazidə əl-Rafid kəndində təhvil alıblar.

Qeyd edək ki, 45 yaşlı müstəqil jurnalist Piter Kurtis 2012-ci ildə Türkiyə-Suriya sərhədi yaxınlığında “ən-Nusra Cəbhəsi”nin yaraqlıları tərəfindən əsir götürülmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR