“Yaxın Şərq olayları və İraq türkmənlərinin taleyi” mövzusunda dəyirmi masa keçirib - FOTO

“Yaxın Şərq olayları və İraq türkmənlərinin taleyi” mövzusunda dəyirmi masa keçirib - <span style="color: red;">FOTO
# 21 avqust 2014 10:09 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) “Yaxın Şərq olayları və İraq türkmənlərinin taleyi” mövzusunda dəyirmi masa keçirib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, bu gün dünyada siyasi, etnik və dini zəmində konfliktlər baş verir, İraqda, Suriyada türkmənlər qətlə yetirilir.

O qeyd edib ki, hazırda müxtəlif məzhəblərin daşıyıcıları, din pərdəsi adı altında müxtəlif terror təşkilatları bir-birini qırmaqla məşğuldurlar: “Belə görünür ki, baş verənlər ABŞ-ın Yaxın Şərq layihəsini həyata keçirir və bunlar da həmin layihənin tərkib hissəsidir. Təkcə Kərkükdə hər gün 2000 insan qırılır. Dünya dövlətləri isə bu insanlara yardım etmir. Türkiyə dövləti daxil olmaqla, Azərbaycanda da təəssüf ki, heç kimin bu məsələ ilə bağlı səsi çıxmır. Orada olan başqa millətlərə kömək var, ancaq məhz türkmənlərə heç bir kömək yoxdur”.

İnternet vasitəsilə tədbirə qoşulan DAK İdarə Heyətinin üzvü, İraq-Türkmən Yazarlar Birliyinin sədri Əkrəm Fevzi Dərzioğlu bildirib ki, Azərbaycanda türkmənlərin taleyinin müzakirə olunması sevindirici haldır. Onun sözlərinə görə, İraqda türkmənlərə zülm edilir, onlara kommunal problemlər yaradılır, çörək verilmir: “Kimi çadırlarda, kimi məktəblərdə yatır. Yurd-yuvasından didərgin düşən İraq türkmənləri və Kərküklər yer üzərindən silinir. BMT və beynəlxalq təşkilatlar hüquqları tapdanan türkmənlərə heç bir yardım etmirlər. 2003-dən bu günə kimi İraq türkmənlərinə zülm edilir. Buna görə də biz bütün türk dünyasına səslənir, onlardan kömək istəyirik”.

QAT sədri Akif Nağı isə çıxışında bildirib ki, Qarabağda gedən proseslər bu gün İraqda baş verir: “Heç kim üçün sirr deyil ki, nə İŞİD, nə də “əl-Qaidə” müsəlmanların işi deyil. Bu təşkilatların başında dayananların əksəriyyəti qeyri-müsəlmanlardır. Onlar İslam və türk dünyasını məhv etmək məqsədi güdürlər. Bu gün İraqda baş verənlər hadisələrin birbaşa Azərbaycana da təsiri ola bilər. Yaradılacaq kürd dövləti alət kimi türklərə qarşı istifadə olunacaq. Bu baxımdan DAK dövlət səviyyəsində bu məsələnin qarşısını almaq üçün təşəbbüs göstərməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR