ABŞ Vyetnama silah tədarükünə qoyduğu qadağanı aradan qaldırıb

ABŞ Vyetnama silah tədarükünə qoyduğu qadağanı aradan qaldırıb
# 03 oktyabr 2014 04:42 (UTC +04:00)

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.

Qeyd edək ki, bu bəyanat ABŞ dövlət katibi Con Kerri və Vyetnamın XİN rəhbəri Fam Bin Min arasında Vaşinqtonda baş tutmuş görüşündən sonra verilib.

Hazırda Vyetnam və Çin arasında Cənub-Çin dənizində ərazi iddiaları mövcuddur. Cen Psaki qeyd edib ki, qadağanın aradan qaldırılmasının bu məsələ ilə heç bir əlaqəsi yoxdur.

ABŞ Vyetnama silah tədarükünə qadağanı 1984-cü ilə qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR