“Amrahbank” rəhbərliyi “FC Amrahbank” çimərlik futbol komandası ilə görüşüb

“Amrahbank” rəhbərliyi “FC Amrahbank” çimərlik futbol komandası ilə görüşüb
# 02 iyun 2015 07:14 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin 2-7-də çimərlik futbolu üzrə İtalyanın Katanya şəhərində keçiriləcək “Euro Winners Cup 2015” beynəlxalq turniri ilə əlaqədar “Amrahbank” ASC-nin baş ofisində bankın kollektivi ilə “FC AMRAHBANK” çimərlik futbol komandasının oyunçularının birgə görüşü keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, görüşdə İdarə Heyətinin sədri v.i.e. Emil Həsənov, İdarə Heyətinin üzvləri Nəcəf Cəfərli, Leyla Məmmədbəyli və kollektivin digər üzvləri iştirak ediblər. İdarə Heyətinin sədri v.i.e. Emil Həsənov çıxışında son dövrlərdə ölkədə idmana göstərilən diqqət və qayğıdan, xüsusilə I Avropa Oyunları ərəfəsində ölkədə görülən irimiqyaslı işlərdən, Bakı Avropa Oyunlarının ölkəmizə gətirəcəyi uğurlardan, eləcə də “FC Amrahbank” futbol klubunun əldə etdiyi nailiyyətlərdən və bu sahədə gələcək planlardan danışıb.

E.Həsənov bildirib ki, “FC Amrahbank” futbol klubunun uğuru təsadüfü deyil, bu son zamanlar dövlətimiz tərəfindən idmana göstərilən diqqət və qayğının bir nəticəsidir: “FC Amrahbank”ın beynəlxalq turnirdə ölkəmizi təmsil etməsi çox qürurverici bir haldır. Ümid edirik ki, komandamız bu turnirdə vətənimizi şərəflə təmsil edəcək və daha böyük uğurlara imza atacaq. Fəxrlə bildirirəm ki, bankımızın əməkdaşı, Rafael Tarıverdiyev də 22-24 may tarixlərində Turkiyənin Samsun şəhərində keçirilən Uşu-Sanda idman növü üzrə beynəlxalq turnirdə Azərbaycanı şərəflə təmsil edib, ölkəmizə qızıl medal qazandırıb”.

Çıxış edənlər İtaliyaya yola düşəcək oyunçularımıza uğurlar diləyiblər və onların ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edəcəklərinə ümid etdiklərini vurğulayıblar.

Futbol komandasının baş məşqçisi Müslüm Hüseynov və komandanın kapitanı Rüfət Hüseynov bankın rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər və bu turnirdən uğurlu nəticə ilə geri dönəcəklərinə ümid etdiklərini qeyd ediblər.

Xatırladırıq ki, “Euro Winners Cup 2015” beynəlxalq turnirinə, iyun ayının 2-də Bakı vaxtı ilə saat 20:15-də Azərbaycanı təmsil edəcək “FC AMRAHBANK” çimərlik futbol komandası ilə Rusiyanın Lokomativ Moskva komandaları arasında keçiriləcək oyunla start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR