Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 7557 nəfərə çatıb

Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 7557 nəfərə çatıb
# 05 may 2015 10:44 (UTC +04:00)

Bakı – APA. Nepalda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 7557 nəfərə çatıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Nepalın Fövqəladə Hallar üzrə Milli Mərkəzinin yaydığı xəbərdə deyilir.

Bildirilir ki, zəlzələ zamanı 14536 nəfər yaralanıb.

Son məlumatlara görə, 191 min ev uçub, 175 min ev isə zədələnib.


Zəlzələdən sonra seysmoloqlar 90 təkrar təkan qeydə alıblar. Nepalda baş verən yeraltı təkanlar son 80 ildə ən güclü zəlzələ hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR