İstanbulda "Adımlar Dergisi"nin redaksiyasında partlayış olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb - VİDEO

İstanbulda "Adımlar Dergisi"nin redaksiyasında partlayış olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 25 mart 2015 23:34 (UTC +04:00)

Bakı – APA. Istanbulda “Adımlar Dergisi"nin redaksiyasında partlayış baş verib.

APA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

“Adımlar Dergisi"nin redaksiyası altımərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Güclü partlayış nəticəsində binanın fasadı qismən dağılıb, ətrafdakı ev və ofislərin şüşələri qırılıb. Hadisə yerinə polis, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub.

İlkin versiyaya görə, partlayış əldəqayırma partlayıcı ilə törədilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR