ABŞ-ın şimal-şərqində qasırğa 600 min evi işıqsız qoyub

ABŞ-ın şimal-şərqində qasırğa 600 min evi işıqsız qoyub
# 07 sentyabr 2014 04:57 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Miçiqan və İllinoys ştatlarında güclü qasırğa səbəbindən elektrik stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, nəticədə 600 min ev işıqsız qalıb.

Mənbənin məlumatına görə, qasırğa nəticəsində bir qadın üzərinə ağacın aşması nəticəsində ölüb. Daha bir kişinin də təbii fəlakətin qurbanı olduğu bildirilir.

Qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR