Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Çingiz Şəfixanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ç. Şəfixanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Çingiz Şəfixanov Cinayət Məcəlləsinin 234.4.3 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsinə əsasən təqsirləndirilib.