«Bank of Baku» ASC «Bolkart» sahibləri üçün yeni kampaniya keçirir

«Bank of Baku» ASC «Bolkart» sahibləri üçün yeni kampaniya keçirir
# 17 aprel 2013 07:12 (UTC +04:00)

Bakı – APA-Economics. «Bank of Baku» ASC və «İdeal Perfumery & Cosmetics» şirkəti «Bolkart» və «İdeal» kobrend kartlarının sahibləri üçün kampaniya elan edib. Aprelin 17-21-də «İdeal» mağazalar şəbəkəsində 100 manatlıq alış-veriş edən kart sahibləri 20 manatlıq hədiyyə kartı alacaqlar. Eyni zamanda, kampaniya çərçivəsində ödəniş aylarının sayı 3 ay uzadılacaq, yəni alınmış malın dəyərini 6 aya deyil, 9 aya ödəmək mümkün olacaq.

Bankdan «APA-Economics»ə bildirilib ki, hər bir «Bolkart» və «İdeal» kartının sahibi bir çox dünya şöhrətli parfümeriya və kosmetika məhsullarını əldə edə bilər.

Xatırladaq ki, «Bank of Baku» və «İdeal Perfumery & Cosmetics» şirkətinin kobrend kartı olan «İdeal» kartı ilə bu gün artıq on minlərlə şəxs ən müasir parfümeriya məhsullarını əldə edir.

Azərbaycanın ən geniş yayılmış kredit kartı olan «Bolkart»la isə ölkəmizin 700-dən çox mağaza və ticarət mərkəzində alış-veriş edib, məhsulunun dəyərini bərabər hissələrlə 1, 3, 6 və 12 aya ödəmək olar. «Bolkart»ı həm onlayn rejimdə (www.bolkart.az), həm də «Bank of Baku»nun hər bir filialına baş çəkməklə sifariş etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün «Bank of Baku»nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR