Bakıda “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib - VİDEO

Bakıda “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib - <span style="color: red;">VİDEO
# 22 iyul 2014 08:23 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi tərəfindən Elmi Tədqiqat Kardiologiya İnstitutunda “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.


APA-nın məlumatına görə, tədbirdə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Sularda Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları iştirak ediblər.


Tədbirdə çıxış edən institutun direktoru Adil Baxşəliyev bildirib ki, dünyada hər gün fövqəladə hallar baş verir. O qeyd edib ki, Azərbaycanda bu kimi hadisələrin qarşısını almaq üçün FHN tərəfindən keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti böyükdür: “Təsadüfi deyil ki, fövqəladə hallar zamanı bir çox insan davranış qaydalarına düzgün əməl etmədiyi üçün həyatını itirir. Bu baxımdan fövqəladə hallar zamanı davranış qaydalarını bilmək vacibdir”.


Nazirliyin fəaliyyət istiqamətləri və struktur qurumları barədə məlumat verən FHN Bakı Regional Mərkəzinin operativ məlumat şöbəsinin rəisi polkovnik-leytenant Vaqif Teymurov bildirib ki, tədbirdə məqsəd fövqəladə hallar zamanı hərəkət qaydalarını aşılamaq, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılmasında insanlara kömək etməkdir. O qeyd edib ki, xəstəxanada fövqəladə hal baş verərsə, həkimlər müalicə etdikləri xəstələrin də həyatlarını xilas etməyə borcludurlar: “Fövqəladə hallara psixoloji cəhətdən hazır olmaq lazımdır. Həkimlər özü ilə yanaşı, xəstələrin də təxliyəsində məsuliyyət daşıyırlar. Ona görə də ehtiyatlı olmaq, fövqəladə hallarda davranış qaydalarına əməl etmək lazımdır”.


İnstitutun həkim personalının iştirak etdiyi nəzəri hissə çərçivəsində FHN Bakı Regional Mərkəzinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə, terror zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı məlumat veriblər.

Tədbirdə FHN-in fəaliyyəti, eləcə də dünya ölkələrində baş verən bədbəxt hadisələr zamanı insanların üzləşdiyi problemləri əks etdirən video-çarx nümayiş olunub. Praktik hissədə isə əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə FHN-in qurumlarının fövqəladə hadisələr zamanı istifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də xəstəxananın həyətində simulyasiya edilmiş partlayıcı qurğunun aşkar edilməsi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR