Bakı. Fərid Mirzəyev - APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Azərbaycan Milli Mətbuatının 140 illiyi münasibəti ilə tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə TQDK sədri Məleykə Abbaszadə açıb.
O, bildirib ki, rəhbəri olduğu qurum iyul ayında gərgin iş rejimində çalışdığı üçün Milli Mətbuatı Günü ilə bağlı tədbir bu gün baş tutub.
Tədbirdə TQDK tərəfindən KİV nümayəndələri arasında elan edilən müsabiqənin qalibləri mükafatlandırılıb.
Müsabiqə 2 nominasiya üzrə aparılıb.
Qaliblərin arasında “APA Holding”in əməkdaşı Kəmalə Quliyeva da var.