"Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək

"Şərq Tərəfdaşlığı" ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək
# 11 noyabr 2015 12:35 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Noyabrın 26-27-də Tbilisidə 6-cı Qeyri-Formal Şərq Tərəfdaşlığı Dialoqu keçiriləcək.

Avropa Komissiyasının Genişləndirmə və qonşuluq siyasəti üzrə ofisindən APA-ya verilən məlumata görə, komissar Yohannes Hanın da qatılacağı görüşdə Azərbaycan da daxil olmaqla, "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan 6 ölkənin xarici işlər nazirləri və yüksək vəzifəli şəxsləri iştirak edəcək.

Məlumata əsasən bu dialoq hər altı aydan bir "Şərq Tərəfdaşlığı" ölkələrindən birinin ev sahibliyi ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR