Azərbaycan investorları Təbrizdə keçiriləcək beynəlxalq konfransa dəvət olunub

Azərbaycan investorları Təbrizdə keçiriləcək beynəlxalq konfransa dəvət olunub
# 04 fevral 2013 13:23 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən iş adamları Təbrizdə keçiriləcək beynəlxalq konfransa dəvət olunur.

«APA-Economics»in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən verdiyi məlumata görə, mayın 4-5-də İran İslam Respublikasının Şərqi Azərbaycan Valiliyinin təşkilatçılığı ilə Təbriz şəhərində «Şərqi Azərbaycan vilayətində investisiya yatırımı imkanları» adlı IV beynəlxalq konfrans keçiriləcək.

Tədbirə Azərbaycanda fəaliyyət göstərən iş adamları da dəvət olunur. Konfransda iştirak etmək istəyənlər İranın Azərbaycandakı səfirliyinə müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR